Yuxarı

Azərbaycan Ordusunda “Kompüter şəbəkəsi inzibatçılığı kursu” keçirilir

Azərbaycan Ordusunda “Kompüter şəbəkəsi inzibatçılığı kursu” keçirilir

Bakı. 6 fevral. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində “Kompüter şəbəkəsi inzibatçılığı kursu” keçirilir.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, qoşunların idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə keçirilən kursda dinləyicilərə Azərbaycan Ordusunun silahlanmasına qəbul edilmiş müasir rabitə vasitələrinin üstünlükləri və tətbiqi mexanizmi haqqında ətraflı məlumat veriləcək.

Kurs iştirakçılarına kompüter bacarıqlarının artırılması, şəbəkə avadanlıqlarının istismarı üzrə nəzəri biliklərin və praktiki təcrübənin təkmilləşdirilməsi, həmçinin digər mövzulara dair mühazirələr oxunacaq.

Məşğələlərin keyfiyyətli təşkilini təmin etmək məqsədilə müasir tədris-laboratoriyasının bazasından istifadə olunur. Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatlar veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi