Yuxarı

Azərbaycan ordusu hərbi texnika və atıcı silahlardan atışlar icra edib

Azərbaycan ordusu hərbi texnika və atıcı silahlardan atışlar icra edib
Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə toplantı keçirilir

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin bütün rəhbər heyətinin iştirakı ilə toplantı keçirilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlərin iştirak etdiyi toplantıdan əvvəl şəxsi heyətin sıra baxışı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdıran müdafiə naziri general-polkovnik Zakir Həsənov toplantının keçirilməsi ilə bağlı ümumi tapşırıqlar verib və əsas istiqamətlər üzrə vəzifələri müəyyən edib.

İştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi sənədlər üzrə məqbullar qəbul edilib və şəxsi heyətin fiziki hazırlığının səviyyəsi yoxlanılıb.

Çöl-səhra şəraitində təşkil olunan təlim sahələrində hərbi texnika və atıcı silahlardan atışlar icra olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi