Yuxarı

Azərbaycan Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilərin orduya çağırıldığını təsdiqləyib - FOTO

Ehtiyatdan çağırılan 6 000 nəfərdən artıq hərbi vəzifəli toplanışa cəlb olunub

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilərin orduya çağırılmasına aydınlıq gətirib. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən Komanda Qərargah Hərbi Oyunlarına ehtiyatdan çağırılan hərbi vəzifəlilər də qatılıb: "Sentyabrın 6-dan başlayan hərbi oyunlar çərçivəsində birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsini yoxlamaq məqsədilə ehtiyatdan çağırılmış 6 000 nəfərdən artıq hərbi vəzifəli toplanışa cəlb olunub.

Döyüş hazırlığı çərçivəsində bu kateqoriyadan olan şəxsi heyətlə müxtəlif poliqonlarda real müharibəyə yaxın şəraitdə silah və hərbi texnikadan istifadə qaydalarına dair praktiki məşqlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və digər istiqamətlər üzrə hazırlıq təlimləri keçirilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi