Yuxarı

Azərbaycan Malayziyada keçiriləcək sərgidə müdafiə sənayesinin bir sıra yeni məhsullarını təqdim edəcək

Kuala-Lumpurda 15-ci müdafiə sərgisi DSA-2016 öz işinə başlayıb

Bakı. 18 aprel. REPORT.AZ/ Malayziyanın paytaxtı Kuala-Lumpurda 15-ci müdafiə sərgisi DSA-2016 (Defence Services Asia) öz işinə başlayıb.

"Report" xəbər verir ki, sərgidə müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Azərbaycan sərgidə ölkənin müdafiə sənayesi məhsullarını, o cümlədən yeni məhsullarını təqdim edəcək.

Ümumilikdə aprelin 21-nə qədər davam edəcək sərgidə dünyanın 66 ölkəsindən 1200-dən çox şirkət iştirak edəcək.

Qeyd etmək lazımdır ki, Azərbaycan DSA-nın 2014-cü ildə keçirilmiş son sərgisində də iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi