Azərbaycan və İranın müdafiə nazirləri hərbi əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər - FOTO

Azərbaycan və İranın müdafiə nazirləri hərbi əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər - FOTO Zakir Həsənov iranlı həmkarı ilə görüşüb
Hərbi
16 Aprel , 2017 12:09
Azərbaycan və İranın müdafiə nazirləri hərbi əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər - FOTO

Bakı. 16 aprel. REPORT.AZ/ İranda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 16-da Tehranda İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə görüşüb.

"Report" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyəti Şəhidlər kompleksini ziyarət edərək ehtiram əlaməti olaraq memorial önünə əklil qoyub.

Sonra rəsmi qarşılanma mərasimi keçirilib.

İki ölkənin nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşü zamanı hərbi, hərbi-texniki əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, eləcə də regional təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi