Yuxarı
    Bağlamaq

    ​Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcək

    Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə Türkiyə Quru Qoşunları Akademiyası arasında müəllim mübadiləsi keçiriləcək

    Bakı. 11 aprel. REPORT.AZ/ Aprelin 13-dən 17-dək Marmaris şəhərində (Türkiyə) dəniz təhlükəsizliyi və piratlığa qarşı mübarizə kursu, aprelin 13-dən 24-dək İzmir şəhərində (Türkiyə) hava sahəsinə nəzarət və idarəetmə kursu, aprelin 13-dən 27-dək isə İstanbul şəhərində (Türkiyə) Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə Türkiyə Quru Qoşunları Akademiyası arasında müəllim mübadiləsi keçiriləcək.

    Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi