Yuxarı

Azərbaycan hərbçiləri arasında ​"Ən yaxşı top heyətlərinin müsabiqəsi" keçirilib

Şəxsi heyətin ixtisas hazırlığından nəzəri bilik səviyyələri və praktik vərdişləri yoxlanılıb

Bakı. 10 may. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi təbirlər planına müvafiq olaraq, general Əliağa Şıxlinskinin 150 illik yubileyi ilə əlaqədar "Ən yaxşı top heyətlərinin müsabiqəsi" keçirilib. "Report" xəbər verir ki, müsabiqəyə Azərbaycan Silahlı Qüvvələrinin artilleriya təyinatlı hərbi hissələrindən nümunəvi top heyətləri cəlb olunub.

Yarışda top heyətlərinin döyüşə hazırlığının vəziyyəti, şəxsi heyətin ixtisas hazırlığından nəzəri bilik səviyyələri və praktik vərdişləri yoxlanılıb. Artilleriya nəzəriyyəsindəki kəşfləri ilə dünyada şöhrət qazanan general Əliağa Şıxlinskinin yubileyi ilə bağlı keçirilən müsabiqənin nəticələri müəyyənləşdikdən sonra qaliblər elan olunub.

I yer top komandiri Ceyhun Abbasov, II yeri top komandiri Nazim Kərimov, III yeri isə top komandiri Anar Kərimov olan heyətlər qazanıblar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi