Yuxarı
    Bağlamaq

    Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə sahəsində əməkdaşlıq memorandumu imzalayacaq

    Bu barədə razılıq Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Brüssel görüşündə əldə olunub

    Tbilisi. 16 fevral. REPORT.AZ/ Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə sahəsində əməkdaşlıq haqqında memorandum imzalayacaq.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə razılıq Gürcüstan və Türkiyəin müdafiə nazirləri Levan İzoriya ilə Fikri İşıkın fevralın 16-da Brüsseldə keçirilən görüşü zamanı əldə olunub.

    Gürcüstanın müdafiə idarəsinin mətbuat xidmətindən bildirildiyinə görə, görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Nazirlər bu formatda əməkdaşlığa dair memorandum imzalamaq niyyətindədirlər. Memorandumun layihəsinin hər üç ölkənin müdafiə nazirlərinin bu ilin mayında Tbilisidə keçiriləcək görüşündə imzalanması planlaşdırılır.

    Nazirlər hər üç ölkənin baş qərargah rəislərinin bu ilin aprelində Tbilisidə keçiriləcək görüşü barədə məsələni də müzakirə ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi