Yuxarı

Azərbaycan DSX ilə Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan DSX ilə Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
© dsx.gov.az

Bakı. 21 noyabr. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Аzərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Bu barədə "Report"a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Görüşdə Аzərbaycan DSX ilə Türkiyə Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. General-polkov­nik Elçin Quliyev Azərbaycan ilə Türkiyə arasında dostluq və strateji tərəf­daş­lıq münasibət­lərinin qurulmasında ümummilli lider Heydər Əli­yevin əvəzsiz xid­mət­lərini xüsusi qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin bu münasibətlərin inkişafına ciddi önəm verərək həyata keçirdiyi dövləti si­ya­sət sayəsində qarşı­lıqlı əlaqə­lərin ən yüksək səviyyədə olma­sını vurğulayıb.

Söhbət əsnasında Аzərbaycanın dövlət sərhədindəki mövcud əməliy­yat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermə­nistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub. Bununla yanaşı qeyri-leqal miqra­siya, qaçaqmalçılıq, narkotiklərin daşınması və digər transsərhəd cinayətkarlıq fəaliyyətləri ilə mübarizədə həyata keçirilmiş təd­bir­lər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki ba­za­nın təkmilləşdirilməsi üzrə görülmüş işlər və qazanılmış nai­liyyətlər barədə məlumat verilib.

Tərəflər arasında sərhəd mühafizəsinin möhkəmlən­dirilməsi, təc­rübə və məlumat mübadiləsinin aparılması, birgə təlimlərin təş­kili, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər maraq do­ğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səla­hiyyətli səfiri Erkan Özoral da iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi