Yuxarı
    Bağlamaq

    Azərbaycanla Rumıniya arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub

    Görüşdə Rumıniyanın müdafiə sənayesi şirkətlərinin imkanları barədə məlumat verilib

    Bakı. 29 avqust. REPORT.AZ/ Rumıniyada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkənin iqtisadiyyat naziri Konstantin Nitsa ilə görüşüb. Report-un Müdafiə nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüş zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

    Rumıniyanın müdafiə sənayesi şirkətlərinin imkanları barədə məlumat verilib.

    Görüşdə iki ölkə arasında əməkdaşlığı daha da inkişaf etdirmək üçün hər iki tərəfin geniş imkanlara malik olduğu xüsusi vurğulanıb.

    Bununla da Azərbaycanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətinin Rumıniyaya ikigünlük səfəri başa çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi