Bakı. 29 avqust. REPORT.AZ/ Rumıniyada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkənin iqtisadiyyat naziri Konstantin Nitsa ilə görüşüb. Report-un Müdafiə nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüş zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Rumıniyanın müdafiə sənayesi şirkətlərinin imkanları barədə məlumat verilib.
Görüşdə iki ölkə arasında əməkdaşlığı daha da inkişaf etdirmək üçün hər iki tərəfin geniş imkanlara malik olduğu xüsusi vurğulanıb.
Bununla da Azərbaycanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətinin Rumıniyaya ikigünlük səfəri başa çatıb.