Yuxarı
    Bağlamaq

    Azərbaycan "Orbiter-3" pilotsuz təyyarə istehsal etmək niyyətindədir

    Azad Systems Azərbaycan şirkəti Orbiter 3 pilotsuz təyyarə istehsal etməyi planlaşdırır

    Bakı. 23 sentyabr. REPORT.AZ/ "Azad Systems" Azərbaycan şirkəti yaxın zamanlarda "Orbiter-3" pilotsuz təyyarələrinin istehsalına başlaya bilər. 

    "Report" İsrail KİV-nə istinadən xəbər verir ki, "Aeronautics" İsrail şirkətinin dəstəyi ilə  2011-ci ildə yaradılan "Azad Systems" Azərbaycan şirkəti  hazırda "Orbiter-2" pilotsuz təyyarələrini istehsal edir. "Aeronautics Defense Systems" şirkətinin marketinq və satış məsələləri üzrə icraçı direktorunun müavini Dani Eşşarın sözlərinə görə, Azərbaycan şirkəti öz istehsalatını genişləndirmək niyyətindədir. O qeyd edib ki, hazırda "Azad Systems" şirkəti tərəfindən "Orbiter-3" pilotsuz təyyarələrinin istehsalına başlama imkanları haqqında danışıqlar aparılır.

    Qeyd edək ki, "Orbiter-3" pilotsuz təyyarəsinin qanadlarının uzunluğu 4,4 metr, maksimal çəkisi 30 kq təşkil edir. Pilotsuz təyyarə 7 saat ərzində avtonom rejimdə qala bilir və katapulta vasitəsilə  havaya qaldırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi