Azərbaycan "Orbiter-3" pilotsuz təyyarə istehsal etmək niyyətindədir

Azərbaycan "Orbiter-3" pilotsuz təyyarə istehsal etmək niyyətindədir "Azad Systems" Azərbaycan şirkəti "Orbiter 3" pilotsuz təyyarə istehsal etməyi planlaşdırır
Hərbi
23 Sentyabr , 2014 10:55
Azərbaycan Orbiter-3 pilotsuz təyyarə istehsal etmək niyyətindədir
Bakı. 23 sentyabr. REPORT.AZ/ "Azad Systems" Azərbaycan şirkəti yaxın zamanlarda "Orbiter-3" pilotsuz təyyarələrinin istehsalına başlaya bilər. 

"Report" İsrail KİV-nə istinadən xəbər verir ki, "Aeronautics" İsrail şirkətinin dəstəyi ilə  2011-ci ildə yaradılan "Azad Systems" Azərbaycan şirkəti  hazırda "Orbiter-2" pilotsuz təyyarələrini istehsal edir. "Aeronautics Defense Systems" şirkətinin marketinq və satış məsələləri üzrə icraçı direktorunun müavini Dani Eşşarın sözlərinə görə, Azərbaycan şirkəti öz istehsalatını genişləndirmək niyyətindədir. O qeyd edib ki, hazırda "Azad Systems" şirkəti tərəfindən "Orbiter-3" pilotsuz təyyarələrinin istehsalına başlama imkanları haqqında danışıqlar aparılır.

Qeyd edək ki, "Orbiter-3" pilotsuz təyyarəsinin qanadlarının uzunluğu 4,4 metr, maksimal çəkisi 30 kq təşkil edir. Pilotsuz təyyarə 7 saat ərzində avtonom rejimdə qala bilir və katapulta vasitəsilə  havaya qaldırılır.

Son xəbərlər

Orphus sistemi