Ankarada Azərbaycan və Türkiyənin müdafiəni birgə planlaşdırması məsələsi müzakirə olunur

Ankarada Azərbaycan və Türkiyənin müdafiəni birgə planlaşdırması məsələsi müzakirə olunur Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.
Hərbi
1 May , 2018 10:43
Ankarada Azərbaycan və Türkiyənin müdafiəni birgə planlaşdırması məsələsi müzakirə olunur

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər. 

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun nümayəndələri Ankara şəhərində (Türkiyə Respublikası) Azərbaycan və Türkiyə arasında “Müdafiənin planlaşdırılması və hərbi strategiya” mövzusunda əməkdaşlıq üzrə təcrübə mübadiləsi, Konya şəhərində (Türkiyə Respublikası) “Anadolu Ankası - 2018” təliminin əsas planlaşdırma konfransı, eləcə də San-Antoniyo şəhərində (ABŞ) “Təkmilləşdirilmiş ingilis dili təlimatçısı kursu” və Potsuolli şəhərində (İtaliya) “Tibbi dayanıqlıq” üzrə seminarda iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi