Zakir Həsənov: "Vətən müharibəsindən sonra tikilən, təmir-bərpa edilən obyektlərin sayı 200-ə yaxındır"

Zakir Həsənov: "Vətən müharibəsindən sonra tikilən, təmir-bərpa edilən obyektlərin sayı 200-ə yaxındır" Vətən müharibəsindən sonrakı müddət ərzində ümumilikdə yeni tikilən, təmir-bərpa işləri aparılan obyektlərin sayı 200-ə yaxındır. Bu, həm ölkəmizin iqtisadi qüdrətinin, həm də ölkə Prezidentinin ordumuza olan diqqət və qayğısının bariz nümunəsidir.
Hərbi
26 İyun , 2022 22:23
Zakir Həsənov: Vətən müharibəsindən sonra tikilən, təmir-bərpa edilən obyektlərin sayı 200-ə yaxındır
Zakir Həsənov

Vətən müharibəsindən sonrakı müddət ərzində ümumilikdə yeni tikilən, təmir-bərpa işləri aparılan obyektlərin sayı 200-ə yaxındır. Bu, həm ölkəmizin iqtisadi qüdrətinin, həm də ölkə Prezidentinin ordumuza olan diqqət və qayğısının bariz nümunəsidir.

"Report" xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a müsahibəsində deyib.

"Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərində yerləşən hərbi hissələrin şəxsi heyətinin məişət şəraitinin yaxşılaşdırılması və fasiləsiz təminatını təşkil etmək məqsədilə qısa müddətdə yeni yataqxana, yeməkxana, hamam-camaşırxana kompleksi, anbarlar və digər obyektlər istifadəyə verilib.

Azad olunan ərazilərdə bölmələrin elektrik enerjisi ehtiyacının davamlı təmin olunması məqsədilə artıq 20-dən çox hərbi obyekt günəş batareyaları və panellərlə təchiz olunub. Həmçinin ildırım vurma təhlükəsi olan dağlıq ərazilərdə şəxsi heyətin, hərbi infrastrukturun, binaların və rabitə qurğularının təhlükəsizliyinin təmin edilməsi məqsədilə 200-ə yaxın ildırım ötürücü quraşdırılıb", - Zakir Həsənov əlavə edib.

Son xəbərlər

Orphus sistemi