Zakir Həsənov: "Sərhəddəki insidentə görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür"

Zakir Həsənov: "Sərhəddəki insidentə görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür" Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 28-də ABŞ-ın Oklahoma Ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi və həmin ştatın Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun təmsil olunduğu nümayəndə heyəti il
Hərbi
514
28 İyul , 2021 15:27
Zakir Həsənov: Sərhəddəki insidentə görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür
Zakir Həsənov

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Ermənistanın sərhəddə törətdiyi təxribatlara münasibət bildirib.

"Report"un xəbərinə görə, nazir iyulun 28-də ABŞ-ın Oklahoma Ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi və həmin ştatın Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.

Z.Həsənov azad edilmiş ərazilərdə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış son vəziyyətə toxunaraq bu gün baş verən insidentlə bağlı onlara ətraflı məlumat verib, gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

Son xəbərlər

Orphus sistemi