Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və II Şəhidlər xiyabanlarını ziyarət edib

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və II Şəhidlər xiyabanlarını ziyarət edib Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Fəxri xiyabanı ziyarət edib.
Hərbi
27 Sentyabr , 2021 13:03
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və II Şəhidlər xiyabanlarını ziyarət edib
0 : 00
0 : 00

Vətən müharibəsinin ildönümü münasibətilə sentyabrın 27-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət edib.

"Report" xəbər verir ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq Ulu Öndərin xatirəsi hörmət və ehtiramla yad edilib.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub, məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb.

11:23

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 27 sentyabr - Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabanı ziyarət edib.

"Report" xəbər verir ki, ziyarətçilər sırasında Z.Həsənovla yanaşı, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və Müdafiə Nazirliyinin rəhbər heyəti olub.

Onlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər, məzarları üzərinə gül dəstələri qoyublar.

Son xəbərlər

Orphus sistemi