​Zakir Həsənov hərbi şəhərciklərdə gedən tikinti işlərini yoxlayıb

​Zakir Həsənov hərbi şəhərciklərdə gedən tikinti işlərini yoxlayıb Müdafiə naziri inşa işlərini aparan heyətə müvafiq tapşırıq və tövsiyələrini verib
Hərbi
228
14 Fevral , 2015 20:10
​Zakir Həsənov hərbi şəhərciklərdə gedən tikinti işlərini yoxlayıb

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən hərbi şəhərciklərin kompleks şəkildə tikilərək hərbi qulluqçuların istifadəsinə verilməsi istiqamətində hərbi qarnizonlarda aparılan işlər davam etdirilir.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu gün nazir general-polkovnik Zakir Həsənov və birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov yeni tikilən hərbi şəhərciklərdəki inşa işlərinin gedişatını yoxlayıblar.

Nazirliyin rəhbərliyi əvvəlcə hərbi şəhərciklərdən birinin ərzisində qısa müddətdə yeni tikilərək istifadəyə verilən müasir tipli qazanxana və geniş sıra meydanı ilə tanış olublar. Burada inşası davam etdirilən yeməkxana, əsgər yataqxanası və başqa inzibati obyektlərdə də işlərin tez bir zamanda sona çatdırılması gözlənilir.

Yeni salınan digər hərbi şəhərciyə baş çəkən müdafiə naziri ərazinin perspektiv tikinti-quruculuq planına baxıb, inşa işlərini aparan heyətə müvafiq tapşırıq və tövsiyələrini verib.

Hərbi şəhərciklərdə zəruri infrastrukturla yanaşı müasir tələblərə cavab verən, bütün məişət şəraiti ilə təmin edilmiş, həmçinin ailəli hərbi qulluqçuların ehtiyacları da nəzərə alınmaqla geniş mənzillər, eləcə də gizirlər üçün yataqxana kompleksi də inşa edilir.

Bu hərbi şəhərciklərdə işlərin 2015-ci ilin yay ayları ərzində başa çatdırılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi