“Azərbaycan Ordusunun ərzaq təminatı ən qabaqcıl ordularla müqayisə ediləcək səviyyədədir və bu təchizat ilbəil yüksəlməkdədir”.
“Report” xəbər verir ki, bunu
Onun sözlərinə görə, ictimaiyyət bu yüksəlişi Müdafiə nazirinin tapşırığına əsasən keçirilən "Açıq qapı" günlərində əyani şəkildə görür, belə təchizatla qürurlanır: “Bunlar ordu-ictimaiyyət münasibətlərinin dönməzliyini təmin edən amillərdəndir. Son illərdə onlarla yeni hərbi hissə inşa edilib, onlarla hərbi hissə əsaslı təmir olunub. Yeni inşa edilən hərbi hissələrin ikisinin açılışında cənab Ali Baş Komandan da iştirak etdi. Bu, şəxsi heyətin mənəvi-psixoloji hazırlığında əlavə stimul oldu. İnşa edilən, əsaslı təmir olunan hərbi hissələrdə əsgər yeməkxanalarının proyektləri Maddi-Texniki Təminat Baş İdarəsinin Arxa Cəbhə İdarəsi ilə konkret olaraq Ərzaq Xidməti İdarəsiylə razılaşdırılır. Nəticə etibarilə bu razılaşma həm yeməkxanaların estetik biçimində, həm də təbii işıqlandırılmasının təmin olunmasında əhəmiyyətli olur. İstər yeni inşa olunan, istərsə də əsaslı təmir edilən hərbi hissələrdə anbarlar yenilənir, ən müasir qurğularla, soyuducularla təchiz olunur ki, bu da müxtəlif növ ərzaqların keyfiyyətli saxlanılması, yeməklərin keyfiyyətli hazırlanmasını təmin edir. Hərbi hissələr bütün infrastrukturlarla təmin olunur. Bütün bunlar yüksək keyfiyyətli ərzaqlardan hazırlanan xörəklərin yüksək keyfiyyətli olacağına zəmanət deməkdir”.
Xidmət rəisi vurğulayıb ki, hərbi hissələrdə yeniləşmə prosesi davam edir: “Deməli, bizim xidmət sahəmizdə də yeniləşmə gedir. Bu, bizim fəaliyyətimizdə məsuliyyətimizi, xidməti vəzifələrimizi daha həssaslıqla yerinə yetirməyimizi tələb edir. Biz yüksək təminata malik olan şəxsi heyətə yüksək səviyyədə xidmət göstərməyi vəzifə borcu bilirik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab
Polkovnik xatırladıb ki, bu günlərdə açılışında Müdafiə naziri general-polkovnik