Bakı. 24 fevral. REPORT.AZ/ Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
“Report” xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.
Nazir Yavər Camalov Azərbaycan ilə Cibuti arasında mövcud olan əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb və Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə dair nümayəndə heyətinə məlumat verib.
Mahmud Əli Yusuf səmimi qəbula görə minnətdarlığını bildirib.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.