“YAŞAT”la Türkiyə Silahlı Qüvvələrindəki fondlar arasında razılıq əldə olunub

“YAŞAT”la Türkiyə Silahlı Qüvvələrindəki fondlar arasında razılıq əldə olunub Ülvi Mehdiyevin Türkiyəyə işgüzar səfəri davam edir
Hərbi
12 Mart , 2021 15:58
“YAŞAT”la Türkiyə Silahlı Qüvvələrindəki fondlar arasında razılıq əldə olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri davam edir.

"Report" xəbər verir ki, səfərin 2-ci günü nümayəndə heyəti və Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən “Eğitim” (Təhsil), “Dayanışma” (Həmrəylik), “Elele” (Əl-ələ), “Mehmetçik” (Əsgər) Fondları arasında görüş keçirilib.

Görüş zamanı Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondlarla “YAŞAT” Fondu arasında əməkdaşlıqla bağlı razılıq əldə olunub.

Ü.Mehdiyev “ASAN xidmət”in və “YAŞAT” Fondunun fəaliyyət istiqamətləri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, əsas prinsiplər kimi səmərəlilik və şəffaflıq əsasında fəaliyyət göstərən “YAŞAT” Fondu tərəfindən şəhid ailələrinin və qazilərimizin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb. Fondun fəaliyyətində əsas hədəflərin şəhid ailələrinə və qazilərə yüksək formada xidmət göstərmək, onların cəmiyyətimizdə qazandıqları nüfuzu qorumaq olduğu qeyd edilib. Həmçinin vurğulanıb ki, Fondun əməkdaşları məhz qazilərimiz və şəhid ailələrinin üzvləridirlər.

Sonra Bilkent Qazi Fiziki Müalicə Xəstəxanasında müalicə alan Vətən müharibəsi qazisi Tural Əsədzadə ziyarət edilib.

Son xəbərlər

Orphus sistemi