Xızıda 221 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda 221 ədəd partlamamış hərbi sursat aşkarlanıb Daha 87 ədəd partlamış-yanmış mərmi qalıqları aşkar edilərək götürülüb
Hərbi
17 Oktyabr , 2017 02:37
Xızıda 221 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Giləzi qəsəbəsi ərazisində 1 ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

ANAMA-dan "Report"a verilən xəbərə görə, 221 ədəd partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Qeyd olunur ki, daha 87 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 927 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 500 100 kv.m (50.01 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 45 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 13 ferma ərazisinə, 40 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 12 636 ədəd partlamamış hərbi sursat (PHS), 5 245 ədəd partlamış-yanmış sursat qalıqları və 39 797 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 47 172 428 kv.m (4 717 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb. 

Son xəbərlər

Orphus sistemi