Xızıda 20 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda 20 ədəd partlamamış hərbi sursat aşkarlanıb Daha 68 ədəd partlamış-yanmış mərmi qalıqları aşkar edilib
Hərbi
8 Sentyabr , 2017 02:01
Xızıda 20 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Sitalçay və Şurabad kəndləri ərazisində 1 evin həyətyanı sahəsinə, 1 əkin sahəsinə və dəniz kənarı əraziyə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

ANAMA-dan "Report"a verilən məlumata görə, 20 ədəd partlamamış hərbi sursat (PHS), 68 ədəd partlamış-yanmış mərmi qalıqları və 26 kq yandırma aşkar edilərək götürülüb.

Ümumiyyətlə, 12 gün ərzində 12 ev, 42 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 15 əkin sahəsinə, 8 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 3 961 ədəd partlamamış hərbi sursat, 2 685 ədəd partlamış-yanmış sursat qalıqları və 2 369 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 19 878 584 kv.m (1 987.86 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Son xəbərlər

Orphus sistemi