Xızıda 101 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda 101 ədəd partlamamış hərbi sursat aşkarlanıb Həmçinin 48 ədəd partlamış-yanmış mərmi qalıqları aşkar edilərək götürülüb
Hərbi
7 Oktyabr , 2017 01:29
Xızıda 101 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən (ANAMA) yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi, Sitalçay və Məşədi Həsən kəndləri ərazisində əkin sahəsinə, yol kənarına və kənd qəbirstanlığının yaxınlığına, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

ANAMA-dan "Report"a verilən məlumata görə, 101 ədəd partlamamış hərbi sursat (PHS), 48 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 313 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 296 500 kv.m (29.65 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 35 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 37 əkin sahəsinə, 11 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 10 726 ədəd partlamamış hərbi sursat (PHS), 4 420 ədəd partlamış-yanmış sursat qalıqları və 20 561 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 40 357 728 kv.m (4 036 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma və Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb. 

Son xəbərlər

Orphus sistemi