Vətən müharibəsi dövründə ermənilərin dağıtmaq istədiyi mühüm obyektlərin adları açıqlanıb - SİYAHI

Vətən müharibəsi dövründə ermənilərin dağıtmaq istədiyi mühüm obyektlərin adları açıqlanıb - SİYAHI Vətən müharibəsi dövründə qanunsuz silahlı erməni birləşmələri tərəfindən partladılması böyük dağıntılara səbəb ola biləcək mühüm obyektlərin adları açıqlanıb.
Hərbi
17 Oktyabr , 2022 14:46
Vətən müharibəsi dövründə ermənilərin dağıtmaq istədiyi mühüm obyektlərin adları açıqlanıb - SİYAHI

Vətən müharibəsi dövründə qanunsuz silahlı erməni birləşmələri tərəfindən partladılması böyük dağıntılara səbəb ola biləcək mühüm obyektlərin adları açıqlanıb.

"Report"un Qərb bürosu xəbər verir ki, bunu Gəncədə səfərdə olan baş prokurorun birinci müavini Elçin Məmmədov deyib.

O bildirib ki, Vətən müharibəsi zamanında qanunsuz silahlı erməni birləşmələri tərəfindən edilən təcavüzkar hücumlar yalnız mülki şəxslərin yaşadıqları məntəqələrə deyil, partladılması böyük dağıntılara səbəb ola biləcək mühüm obyektlərə də cəhd edilib:

"Belə ki, Bakı-Novorossiysk neft kəməri, Mingəçevir Su Elektrik Stansiyası (SES), Qərb İxrac Boru kəməri, Cənubi Qafqaz genişlənmiş Boru kəməri, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Qəbələ Beynəlxalq Hava Limanı da hədəfə alınmışdı".

Son xəbərlər

Orphus sistemi