Ukraynanın Sumı vilayətinin Romenskiy rayonunun Kolesnikovo kəndində evlər Rusiyanın silahlı qüvvələri tərəfindən dağıdılıb.
Kənd sakinlərinin "Report"un Şərqi Avropa bürosuna təqdim etdiyi fotolarda silahlıların kəndə daxil olub çıxdıqdan sonra evləri bərbad hala salınması əks olunub.
Kənd əhalisinin bir qismi evlərini tərk etməyib.