Ukraynanın DİN rəhbəri: “Rusiya ordusunun törətdiyi zorlama faktları ilə bağlı çox sayda şahidlərimiz var”

Ukraynanın DİN rəhbəri: “Rusiya ordusunun törətdiyi zorlama faktları ilə bağlı çox sayda şahidlərimiz var” Rusiya ordusu tərəfindən zorlama faktları olması ilə bağlı çox sayda şahid qadınlar var.
Hərbi
14 May , 2022 15:47
Ukraynanın DİN rəhbəri: “Rusiya ordusunun törətdiyi zorlama faktları ilə bağlı çox sayda şahidlərimiz var”

Rusiya ordusu tərəfindən zorlama faktları olması ilə bağlı çox sayda şahid qadınlar var.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukaynanın daxili işlər naziri Denis Monastırski bildirib.

“Təəssüf ki, onların çoxu sonradan öldürülüb. Ona görə də indi prosedur belə aparılır: qadın meyiti aşkar edilərkən əvvəlcə ölümün səbəbi müəyyənləşdirilir, sonra zorlanma olub-olmamasını yoxlamaq üçün ekspertizaya göndərilir. Bütün bunlar xeyli müddət aparır. Ona görə bu gün dəqiq sayı deyə bilmərik. Onlarla belə hal üzrə onlarla cinayət işinin açıldığını deyə bilərəm".

Onun sözlərinə görə, işğal edilən ərazilərdən qaçmağı bacaran qadınların çoxu digər ölkələrə, məsələn, Polşaya, Bolqarıstana və s. gedib:

"Biz internetdə yazılanlardan, belə qadınların qohumlarının dediklərindən belə faktların olmasına dair müəyyən məlumatlar toplayırıq. Odur ki, ölkəni tərk etmiş qadınlardan xahiş edirik ki, yaradılmış xüsusi birləşmiş beynəlxalq istintaq qrupuna bu barədə məlumat versinlər. Onlar bunu olduqları ölkədən edə bilərlər. Ancaq bu cinayətlərin özəlliyi ondadır ki, qurban yenidən həmin anları xatırlamamaq üçün bu barədə danışmamağı üstün tutur. Qurban başverənləri danışarkən yenidən həmin anlar onun gözünün qarşısında canlanır, o yenidən həmin həyəcanı, ən mənfi emosiyaları, cinayət baş verərkən yaşadığını travmanın eynisini yaşayır. Ona görə də anlayırıq ki, indi müəyyən etdiyimiz hallar başverənlərin çox kiçik hissəsidir, bu cür hallarının qurbanlarının sayının xeyli artacağını, qadınların tədricən daha çox ifadələr verəcəyini və istintaqın bu ifadələrə çıxış əldə edəcəyini proqnozlaşdırırıq”, - nazir əlavə edib.

Müsahibənin geniş variantı ilə bu linkə daxil olmaqla tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi