Ukraynalı döyüş komandiri: "Bir az da çox sursat olarsa, qələbə bizim olacaq"

Ukraynalı döyüş komandiri: "Bir az da çox sursat olarsa, qələbə bizim olacaq" "Donetsk vilayətində düşmənin ümumi qüvvələrinin öhdəsindən gəlmək üçün müttəfiqlərimizin silah-sursat dəstəyinə ehtiyacımız var. İnsanları orduya qarşı qaldırmaq üçün mütamadi olaraq ərazilərimizə daxil olaraq, ilk növbədə, yerli sakinlərə zərər yetirən
Hərbi
15 İyul , 2022 09:28
Ukraynalı döyüş komandiri: Bir az da çox sursat olarsa, qələbə bizim olacaq

"Donetsk vilayətində düşmənin ümumi qüvvələrinin öhdəsindən gəlmək üçün müttəfiqlərimizin silah-sursat dəstəyinə ehtiyacımız var. İnsanları orduya qarşı qaldırmaq üçün mütamadi olaraq ərazilərimizə daxil olaraq, ilk növbədə, yerli sakinlərə zərər yetirən diversiya qruplarının öhdəsindən bizim hərbi birləşmələr də gələr. Fikrimcə, bir az silah-sursat olarsa, qələbə bizim olacaq".

Bunu Donbasda "Report"un Şərqi Avropa bürosuna açıqlamasında cəbhədəki komandirlərdən olan Roman Solohub bildirib.

"Bizim əsgərlər, generallar cəsarətlidirlər. Prezidentimiz çətinlik çəksə də cəsarətlə qələbəyə doğru addımlayır. Donbasda qələbə birmənalı şəkildə bizim olacaq, son vaxtların düşmən təbliğatı buna şübhə yarada bilməz. Rusiyameylli mətbuatın haqqında çox danışmağı sevdiyi xəyanətdən söhbət belə gedə bilməz".

Onun sözlərinə görə, prezident Zelenski daim ölkədə olub və onu heç vaxt tərk etməyib, xalqını atıb qaçmayıb:

"O əlindən gələni edir ki, Ukrayna Silahlı Qüvvələri lazımi silah-sursata malik olsun. Bəzən müəyyən mövqelər əldən-ələ keçsə də, ümumilikdə qələbə birmənalı şəkildə bizim olacaq. Rusiya orudusu mövqe baxımından əhəmiyyətli dərəcədə uduzur. Yerli inzibati idarəetmə orqanları böyük işlər görür. Çoxlu şəxslər ölkəyə öz dəstəyini ifadə edib. Dnepropetrovskdan, Kiyevdən çoxlu mesenatlar xalqın, ordunun tərəfində çıxış ediblər. Bu cür vətənpərvərlərin dəstəyi olmadan qələbə qazanmaq çətin olardı. Çünki regionlarda hər şey həmin yerlərdə yaşayan insanlar üzərində qurulur", - ukraynalı komandir bildirib.

Son xəbərlər

Orphus sistemi