Ukraynalı deputat: "Burada fədakarlığına görə azərbaycanlıları ukraynalılardan ayırmaq olmur"

Ukraynalı deputat: "Burada fədakarlığına görə azərbaycanlıları ukraynalılardan ayırmaq olmur" "Dnepropetrovsk vilayətindəki Azərbaycanlılar konqresi Ukrayna ərazisində fəaliyyət göstərən ən böyük diasporlardan biridir. Şəxsən mən son 8 ayın hadisələrinə əsasən deyə bilərəm ki, Ukraynada yaşayan azərbaycanlıları ukraynalılardan ayırmaq mümkün deyil
Hərbi
25 Oktyabr , 2022 11:11
Ukraynalı deputat: Burada fədakarlığına görə azərbaycanlıları ukraynalılardan ayırmaq olmur
Maksim Kuryaçie

"Dnepropetrovsk vilayətindəki Azərbaycanlılar Konqresi Ukrayna ərazisində fəaliyyət göstərən ən böyük diasporlardan biridir. Şəxsən mən son 8 ayın hadisələrinə əsasən deyə bilərəm ki, Ukraynada yaşayan azərbaycanlıları ukraynalılardan ayırmaq mümkün deyil".

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Dnepropetrovsk vilayəti deputatı, Ukrayna Silahlı Qüvvələrinin hərbçisi Maksim Kuryaçie bildirib.

"Belə alındı ki, kimlərsə 30 il əvvəl Azərbaycanı tərk edib Ukraynaya köçməli oldular və həmin insanlar Ukrayna cəmiyyətinin tamhüquqlu üzvlərinə, Ukrayna vətəndaşlarına çevrildilər. Onlar bizimlə eyni sevinci və kədəri bölüşürlər. İndiki ağrı-acını da biz birlikdə yaşayırıq. 2014-cü ildə Rusiyanın Ukraynaya qarşı işğalçı müdaxiləsi, xüsusilə də 2022-ci ildə genişmiqyaslı müharibə başladıqdan sonra Dnepropetrovsk vilayətindəki Azərbaycan diasporu Ukrayna xalqı ilə çiyin-çiyinə durdu".

M. Kuryaçie qeyd edib ki, bəziləri könüllü olaraq cəbhəyə yollandı və təəssüf ki, onlardan bəziləri həlak oldu: "Onlar bizim qəhrəmanlarımızdır. Bu qəhrəmanların adları Ukrayna tarixinə qızıl hərflərlə həkk olunub. Kimlərsə könüllülük fəaliyyətini seçdi. Mahiyyət etibarilə bu, xalq müharibəsidir. Xalqa qalib gəlmək isə mümkün deyil. Silah tuta bilməyənlər sükan arxasına keçdilər və bu yolla öz köməklərini göstərdilər. Məcburi köçkünlərin daşınmasını həyata keçirdilər. Kimlərsə yaşayış yerlərindən məhrum oldular".

Deputat vurğulayıb ki, vilayət hər zaman Ukrayna dövlətçiliyinin sütunlarından biri olub: "Biz Ukraynanın mərkəzində yerləşirik və bu ölkənin “ürəyiyik”. Müharibənin ilk günündən Dnepropetrovsk güclü humanitar, tibbi və hərbi hab rolunu oynayıb. Düşmən vilayətimizin ərazisini atəşə tutur. Vilayətin cənub hissəsi bu hücumlardan daha çox zərər çəkir. Düşmənin enerji obyektlərini, sıx məskunlaşma olan mülki obyektləri atəşə tutması nəticəsində insanlar həlak olurlar. Lakin Dnepropetrovsk ayaq üstə durmağı bacarır. Biz tab gətirəcəyik, çünki özümüz, öz həyatımız, öz azadlığımız, Ukraynamız üçün mübarizə aparırıq. Bunun üçün bizə sadəcə bir olmaq lazımdır. Mən qürur duyuram ki, bu gün çoxmillətli Ukrayna xalqı, o cümlədən buranı özünə “ikinci Vətən” hesab edən azərbaycanlı qardaşlarımız çiyin-çiyinə döyüşürlər, buna görə də mən əminəm ki, biz mütləq qalib gələcəyik".

Son xəbərlər

Orphus sistemi