Ukrayna müharibəni bitirmək üçün hədəflədiyi vaxtı açıqlayıb

Ukrayna müharibəni bitirmək üçün hədəflədiyi vaxtı açıqlayıb Qışa qədər biz müharibəni tamamilə bitirmək istəyirik.
Hərbi
12 May , 2023 14:47
Ukrayna müharibəni bitirmək üçün hədəflədiyi vaxtı açıqlayıb

Qışa qədər biz müharibəni tamamilə bitirmək istəyirik.

Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri nə etməli olduqlarını dəqiq bilirlər:

"Onlar mütəxəssislərdir və bütün dünyaya sübut ediblər ki, bizim ordumuz döyüşə hazırdır. Üstəlik, tam kreativdir və biz düşmənə onların heç gözləmədiyi yerdən zərbə vururuq. Düşünürəm ki, bu dəfə də belə olacaq".

O. Danilov eyni zamanda qeyd edib ki, əsas olan nəticədir:

"Biz öz ərazilərimizi azad etməliyik. Bütün amilləri nəzərə almaqla, tədbirlər zəruri anda başlayacaq. Erkən və ya gec deyil, tam vaxtında başlamalıyıq. Bizim ümumi planımız var – bütün ərazilərimizi bizə basqın edən terrorçulardan azad edək. Yeganə qalan vaxt məsələsidir. Bunun bir və ya bir neçə əməliyyat olacağı bir çox hallardan asılıdır. Vaxtla məhdudlaşmayacağıq. Nə qədər lazımdırsa, mübarizə aparacağıq".

Müsahibənin tam mətni ilə buradan tanış olmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi