Türkiyənin quru qoşunlarının komandanı Azərbaycana səfər edəcək

Türkiyənin quru qoşunlarının komandanı Azərbaycana səfər edəcək Salih Zəki Çolak Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi və bir sıra digər rəsmiləri ilə görüşlər keçirəcək
Hərbi
127
16 Noyabr , 2015 12:11
Türkiyənin quru qoşunlarının komandanı Azərbaycana səfər edəcək

Bakı. 16 noyabr. REPORT.AZ/ Türkiyənin quru qoşunlarının komandanı, ordu generalı Salih Zeki Çolak Azərbaycana səfər edəcək.

"Report"un diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Bakıya bu gün gələcək qonaq noyabrın 17-dən rəsmi görüşlərə başlayacaq.

Üç gün davam edəcək səfər zamanı S.Z.Çolak Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi və bir sıra digər rəsmiləri ilə görüşlər keçirəcək.

Qeyd edək ki, S.Z.Çolak Türkiyənin quru qoşunların komandanı vəzifəsinə avqustun 5-də təyin olunub.

Son xəbərlər

Orphus sistemi