"Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam edirik".
"Report" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler noyabrın 27-də Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli görüşdə deyib.
O bildirib ki, Ukraynada atəşkəsə ehtiyac var.
"Ukraynaya humanitar və siyasi dəstəyimiz davam edir. Türkiyənin təşəbbüslərini beynəlxalq ictimaiyyət müsbət qarşılayır. Savaşın dialoqla başa çatması üçün səylərimiz davam edir", - nazir vurğulayıb.