Türkiyənin Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komandanını qəbul edib - YENİLƏNİB

Türkiyənin Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komandanını qəbul edib - YENİLƏNİB Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadəni qəbul edib.
Hərbi
17 Sentyabr , 2024 18:47
Türkiyənin Baş Qərargah rəisi  Azərbaycan HHQ-nin komandanını qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun dəvəti ilə Ankarada səfərdədir.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Səfər çərçivəsində general-leytenant N.İslamzadə Türkiyə Respublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Ordu generalı Z.C.Kadıoğlunun da iştirak etdiyi görüşdə hər iki qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

17:36

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadəni qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, Ankarada keçirilən qəbulda Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Camal Kadıoğlu da iştirak edib.

Son xəbərlər

Orphus sistemi