Türkiyəli ekspert: “Məğlub Ermənistan dünyanın diqqətini çəkmək üçün yeni oyunbazlıqlara və təxribatlara əl atır”

Türkiyəli ekspert: “Məğlub Ermənistan dünyanın diqqətini çəkmək üçün yeni oyunbazlıqlara və təxribatlara əl atır” “Məğlub Ermənistan dünyanın diqqətini çəkmək üçün yeni oyunbazlıqlara və təxribatlara əl atır”.
Hərbi
1 Sentyabr , 2023 16:16
Türkiyəli ekspert: “Məğlub Ermənistan dünyanın diqqətini çəkmək üçün yeni oyunbazlıqlara və təxribatlara əl atır”

“Məğlub Ermənistan dünyanın diqqətini çəkmək üçün yeni oyunbazlıqlara və təxribatlara əl atır”.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyə Strateji Düşüncə İnstitutunun (SDİ) rəhbəri, ehtiyatda olan general-mayor, dosent Güray Alpar bildirib.

Ekspert deyib ki, Ermənistan indiki vəziyyətdə yenə başqalarına ümid bağlayaraq bu addımları atır:

“Ermənistan 1990-cı illərdə beynəlxalq hüquq normalarına məhəl qoymayaraq dinc əhali, qadın və uşaqlara qarşı kütləvi qırğınlar və soyqırımlar həyata keçirməklə, təcavüzkar hücumları ilə Azərbaycanın ərazi bütövlüyünü pozaraq torpaqlarını işğal etdi. Amma Azərbaycan Ordusunun 44 gündə həyata keçirdiyi əməliyyatlar, Azərbaycan rəhbərliyinin qətiyyəti və xalqla birliyi sayəsində 2020-ci ilin noyabrında işğalçı Ermənistan silahlı qüvvələri böyük itki ilə məğlubiyyətə uğradıldı. Ermənistan “həm suçlu, həm güclü” mövqelərini itirmək istəmədən hücumlarını davam etdirir. İndi də Azərbaycanın sərhəddə yerləşən mövqelərinə kamikadze PUA-larla hücum ediblər. Hücum zamanı Azərbaycan ordusunun 2 hərbçisinin yaralandığı açıqlanıb. Lakin həmişə olduğu kimi, Azərbaycan Silahlı Qüvvələrinin bu hücumlara cavabı çox sərt olub. Ermənistan Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin əks hücumu nəticəsində 2 əsgərinin həlak olduğunu, birinin yaralandığını açıqlayıb. Onların bu etirafı həm acizliklərinin, həm də çarəsizliklərinin ifadəsidir. Ermənistan hələ də fərqində deyil ki, bu hücumlarla ən başlıca zərbəni özünə vurur. Necə deyərlər, hər dəfə öz başlarını daha çox bəlaya salırlar”.

 Güray Alpar
Güray Alpar

“Sizcə, Ermənistan tərəfi nə üçün uduzacağını bilə-bilə bölgədə sülhü pozan, dağıdıcı hücumlarını davam etdirir” sualına ekspert belə cavab verib:

“Ermənistan çox gözəl bilir ki, hərbi sahədə güclü Azərbaycan Ordusunun qarşısında dayana bilməz və həmişə uduzacaq. Amma hər zamankı kimi yenə beynəlxalq aləmdə özünü “yazıq obrazına salır və Azərbaycan Ordusunu isə işğalçı kimi göstərməyə çalışır. Amma daha onların bu oyunları keçərsizdir. Artıq bütün dünya bilir ki, işğalçı, günahkar, xətalarının bəlasını çəkən, sülh istəməyən də Ermənistandır. Bu ölkə işğalçı mövqeyindən əl çəkmədən regionda sabitliyə nail olmaq mümkün deyil. Uzaq ölkələrdən dəstək gözləmək, gələcək üçün ondan asılı olmaq onları daha böyük fəlakətlərə sürükləyir. Nə qədər ki, Ermənistan tərəfi təcavüzkar mövqeyindən əl çəkməyəcək, nə sülhə, nə də firavanlığa nail olacaq”.

Son xəbərlər

Orphus sistemi