Türkiyədə müalicə alan Azərbaycan hərbiçilərindən biri Vətənə qayıdıb

Türkiyədə müalicə alan Azərbaycan hərbiçilərindən biri Vətənə qayıdıb Gizir Ədalət Məmmədov müalicədən sonra özünü yaxşı hiss etdiyini bildirib
Hərbi
29 Noyabr , 2014 19:08
Türkiyədə müalicə alan Azərbaycan hərbiçilərindən biri Vətənə qayıdıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün düşmənin kəşfiyyat-təxribat qruplarının hücum cəhdinin qarşısının alınması zamanı yaralanan, sonradan müalicəsini davam etdirmək üçün Türkiyəyə yola salınan gizir Ədalət Məmmədov Vətənə qayıdıb.

"Report" "AzərTAc"a istinadən xəbər verir ki, Ə.Məmmədovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Müdafiə Nazirliyinin, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri və hərbiçinin yaxınları qarşılayıblar.

Ə.Məmmədov müalicədən sonra özünü yaxşı hiss etdiyini bildirib: “Göstərilən yüksək diqqət və qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə və xalqımıza təşəkkür edirəm”.

Gizirin qardaşı Vilayət Məmmədov müalicə prosesinin uğurla keçdiyini vurğulayaraq deyib: “Düşmən hücumunun qarşısını alarkən yaralanmış hərbi qulluqçularımızın, o cümlədən qardaşımın tezliklə sağalıb Vətənə qayıtması üçün göstərilən diqqətə görə ailəmiz adından Azərbaycan və Türkiyə dövlətlərinə minnətdarlığımı bildirirəm”. 

Son xəbərlər

Orphus sistemi