Türkiyədə “Dağ komando kursunda” iştirak edən Azərbaycan hərbçilərinin buraxılış mərasimi keçirilib

Hərbi
  • 13 avqust, 2021
  • 11:19
Türkiyədə “Dağ komando kursunda” iştirak edən Azərbaycan hərbçilərinin buraxılış mərasimi keçirilib

Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında iyulun 20-də start götürən “Dağ komando kursunda” Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları iştirak ediblər.

Azərbaycanın Ankaradakı səfirliyindən "Report"a verilən məlumata görə, avqustun 13-də Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında Azərbaycan Ordusunun hərbi qulluqçularının buraxılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov iştirak edib.

44 filmi