Türkiyə yeni uzaqmənzilli müdafiə sistemini sınaqdan keçirib
Türkiyə yeni uzaqmənzilli müdafiə sistemini sınaqdan keçiribTürkiyə uzaqmənzilli və yüksəklikdəki hədəfi məhv edən hava hücumundan müdafiə sistemini sınaqdan keçirib
Türkiyə uzaqmənzilli və yüksəklikdəki hədəfi məhv edən hava hücumundan müdafiə sistemini sınaqdan keçirib.
“Report” xəbər verir ki, bunu ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir tvitterdə yazıb.
"HİSAR-A+ təhvil verildikdən sonra HİSAR-O+ orta yüksəklik hava hücumundan müdafiə sistemimiz ən son atışında bu günədək ölkəmizdə hazırlanan ən uzaq mənzil və ən yüksəkdəki hava hədəfini birbaşa vurub məhv edərək sınağını uğurla keçdi", - o deyib.
Komitə sədri layihə üzərində birgə işləyən ASELSAN və "Roketsan" şirkətlərinə təşəkkürünü bildirib.
HİSAR-A+ tesliminden sonra HİSAR-O+ Orta İrtifa Hava Savunma Sistemimiz en son atışında bugüne kadar ülkemizde yapılan en uzak menzil ve en yüksek irtifadaki testini, hava hedefini doğrudan vurup imha ederek başarı ile geçti.#MilliSavunmaHisar#İstiklâlveİstikbâlimizİçinpic.twitter.com/tQi7Og7aUX