Türkiyə və Azərbaycan Silahlı Qüvvələri Qarsda birgə təlimə başlayıb

Hərbi
  • 21 may, 2022
  • 16:11
Türkiyə və Azərbaycan Silahlı Qüvvələri Qarsda birgə təlimə başlayıb

Türkiyənin Qars şəhərində “Heydər Əliyev-2022” Birgə Batalyon Əməliyyat Qrupunun təlimi başlayıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.

Təlim Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə keçirilir.