Türkiyə və Azərbaycan komandoları Davraz dağının zirvəsini fəth ediblər

Türkiyə və Azərbaycan komandoları Davraz dağının zirvəsini fəth ediblər Türkiyə komandoları İsparta və İqdir rayonları ərazisində yerləşən Davraz dağına yürüş ediblər.
Hərbi
6 Noyabr , 2021 15:23
Türkiyə və Azərbaycan komandoları Davraz dağının zirvəsini fəth ediblər

Türkiyə komandoları İsparta və İqdir rayonları ərazisində yerləşən Davraz dağına yürüş ediblər.

“Report” xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, yürüşdə Azərbaycan və Somalidən olan və hazırda Türkiyədə kurs keçən komandolar da iştirak edib.

Yürüşün sonunda Darvaz dağının zirvəsinə qalxılıb, orada komandolar müxtəlif marşlar oxuyublar, Azərbaycan, Türkiyə, Somali bayraqları açılıb.

“Şəhidlərin xatirəsini anmaq üçün təşkil edilən yürüşdə 3 min komando iştirak edib. Şəhidlərimizin xatirəsini ehtiramla yad edirik”, - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi