Tərtərdə hərbi hissədə şəxsi heyətlə görüş keçirilib

Tərtərdə hərbi hissədə şəxsi heyətlə görüş keçirilib Bakı. 29 noyabr. REPORT.AZ/ Müdafiə Nazirliyi və Tərtər rayon Qarabağ Qaziləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin birgə təşkilatçılığı ilə hərbi hissədə şəxsi heyətlə görüş keçirilib.
Hərbi
29 Noyabr , 2018 11:18
Tərtərdə hərbi hissədə şəxsi heyətlə görüş keçirilib
0 : 00
0 : 00

Bakı. 29 noyabr. REPORT.AZ/ Müdafiə Nazirliyi və Tərtər rayon Qarabağ Qaziləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin birgə təşkilatçılığı ilə hərbi hissədə şəxsi heyətlə görüş keçirilib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qonaqlar şəxsi heyət qarşısında çıxış edərək işğal olunmuş torpaqlarımızın tezliklə azad edilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən aparılan siyasətin öz bəhrəsini verəcəyini və bu vəzifənin uğurla həyata keçirilməsi üçün müasir silah, döyüş texnika ilə təchiz edilmiş, yüksək hazırlığa malik Azərbaycan Ordusunun hər an döyüşə hazır olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Qarabağ müharibəsinin iştirakçıları keçdikləri döyüş yolları barədə şəxsi heyətə məlumat veriblər.

Sonra qonaqlar hərbi hissədə şəxsi heyətin həyat və məişət şəraiti ilə yaxından tanış olub, onların qış mövsümünə hazırlığı, ərzaq təminatı ilə maraqlanıblar. Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

Son xəbərlər

Orphus sistemi