Azərbaycan Ordusunun PUA heyətləri təlim tapşırıqlarını icra edir - VİDEO

Azərbaycan Ordusunun PUA heyətləri təlim tapşırıqlarını icra edir - VİDEO Təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri havadan müxtəlif hündürlüklərdə kəşfiyyat aparır
Hərbi
18 May , 2021 10:01
Azərbaycan Ordusunun PUA heyətləri təlim tapşırıqlarını icra edir - VİDEO
0 : 00
0 : 00

Azərbaycan Ordusunda hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının da cəlb olunduğu təlimlər davam edir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri havadan müxtəlif hündürlüklərdə kəşfiyyat aparır.

PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların idarəetmə məntəqələrinə göndərilməsi üzrə tapşırıqları icra edir.

Son xəbərlər

Orphus sistemi