Tankçılarımız beynəlxalq “Tank biatlonu” müsabiqəsinin yarımfinalına yüksəliblər

Tankçılarımız beynəlxalq “Tank biatlonu” müsabiqəsinin yarımfinalına yüksəliblər Azərbaycanı təmsil edən tankçılar "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində yarımfinal mərhələsinə vəsiqə qazanıblar. Tankçılarımız avqustun 29-da Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərb
Hərbi
195
29 Avqust , 2021 19:47
Tankçılarımız beynəlxalq “Tank biatlonu” müsabiqəsinin yarımfinalına yüksəliblər

Azərbaycanı təmsil edən tankçılar "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, tankçılarımız avqustun 29-da Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda keçirilən müsabiqəsinin “Fərdi sürmə” mərhələsində (sonuncu üçüncü) Qazaxıstan, Serbiya və Belarusdan olan tankçılar ilə mübarizə aparıblar.
Mərhələnin nəticəsinə əsasən birinci yerdə Belarusu, ikincidə Qazaxıstanı, üçüncüdə Azərbaycanı, dördüncüdə isə Serbiyanı təmsil edən komandalar qərarlaşıb.
Beləliklə, 11 komanda arasında 4-cü yerdə olan tankçılarımız yarımfinala yüksəliblər.

Son xəbərlər

Orphus sistemi