Sübhan Bəkirov: "Təlimlərdə 1000 nəfərə yaxın şəxsi heyət, 43 gəmi iştirak edəcək"

Sübhan Bəkirov: "Təlimlərdə 1000 nəfərə yaxın şəxsi heyət, 43 gəmi iştirak edəcək" Təlimlərdə 1000 nəfərə yaxın şəxsi heyət, 43 gəmi və katel, 2 helikopter iştirak edəcək
Hərbi
22 İyun , 2021 09:06
Sübhan Bəkirov: Təlimlərdə 1000 nəfərə yaxın şəxsi heyət, 43 gəmi iştirak edəcək
Sübhan Bəkirov

"Bu gündən başlanılan Hərbi Dəniz Qüvvələrinin Döyüş Gəmiləri Dəstəsi, Döyüş Təminatı və Təminedici Gəmilər Dəstəsi və Dəniz Piyadalarının iştirakı ilə taktiki təlimlərində 1 000 nəfərə yaxın şəxsi heyət, 43 gəmi və katel, 2 helikopter iştirak edəcək".

"Report" xəbər verir ki, bunu Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təlimlər üç mərhələdən ibarət olacaq: "Əsas birinci mərhələdə komanda məntəqənin gəmidə yaradılması, gəmilərin əsas baza məntəqsindən çıxışı, patrullama əməliyyatları həyata keçirmə, ikinci mərhələdə əsas döyüş tapşırıqlarının yerinə yetirilməsi, suüstü hədəflərin, minaların vurulması və digər tapşırıqlar həyata keçiriləcək. Üçüncü mərhələdə isə əsas qəzaya uğramış gəminin xilas edilməsi, terrorçular tərəfindən zəbt edilmiş gəminin xilas edilməsi və s. tapşırıqlar olacaq".

Qeyd edək ki, təlimlər 22-23 iyun tarixlərini əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi