Snayperlərin praktiki atış bacarıqları yoxlanılır

Snayperlərin praktiki atış bacarıqları yoxlanılır Snayperlər maskalanma, əsas və ehtiyat mövqelərin seçilməsi və digər təlim tapşırıqlarını yerinə yetirir
Hərbi
27 May , 2017 17:38
Snayperlərin praktiki atış bacarıqları yoxlanılır

Bakı. 27 may. REPORT.AZ/ Silahlı Qüvvələrin 2017-cı ilin hazırlıq planına uyğun olaraq cəbhə bölgəsində yerləşən birlik və hərbi hissələrdə snayperlərin atış bacarıqları yoxlanılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, çətin iqlim şəraiti, gecə vaxtı və dağlıq-meşəlik ərazidə keçirilən məşqlərdə şəxsi heyət müxtəlif təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi vərdişlərini təkmilləşdirir.

Peşəkar təlimatçıların rəhbərliyi ilə hazırlaşan snayperlər maskalanma, əsas və ehtiyat mövqelərin seçilməsi, müəyyən edilmiş koordinatlar üzrə uzaq məsafəyə yürüş və digər təlim tapşırıqlarını yerinə yetirir. 

Son xəbərlər

Orphus sistemi