Azərbaycan Ordusunun snayperlərinin atəş hazırlığı təkmilləşdirilir

Azərbaycan Ordusunun snayperlərinin atəş hazırlığı təkmilləşdirilir 2022-ci il döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında “Snayper hazırlığı” kursu davam edir. Kurs müddətində hərbi qulluqçular snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətlərinə yiyələnməklə yanaşı, atəş hazırlığı üzrə praktiki vərdişlərini də t
Hərbi
25 Fevral , 2022 09:44
Azərbaycan Ordusunun snayperlərinin atəş hazırlığı təkmilləşdirilir

2022-ci il döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında “Snayper hazırlığı” kursu davam edir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Kurs müddətində hərbi qulluqçular snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətlərinə yiyələnməklə yanaşı, atəş hazırlığı üzrə praktiki vərdişlərini də təkmilləşdirirlər.

Məşğələlər zamanı snayperlər atəş mövqeyinin seçilməsi, maskalanma, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi və digər tapşırıqları uğurla yerinə yetiriblər.

Son xəbərlər

Orphus sistemi