Azərbaycanda üç yeni hərbi kollec yaradılıb

Azərbaycanda üç yeni hərbi kollec yaradılıb Azərbaycan Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılıb.
Hərbi
23 May , 2024 17:30
Azərbaycanda üç yeni hərbi kollec yaradılıb

Azərbaycan Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində üç yeni hərbi kollec yaradılıb.

"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Bunlar Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kollecidir.

Qərarla Azərbaycan Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki həmin xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələri də təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi