Snayperlərimiz beynəlxalq müsabiqədə uğurla iştirak edirlər

Hərbi
  • 23 avqust, 2022
  • 07:11
Snayperlərimiz beynəlxalq müsabiqədə uğurla iştirak edirlər

İran İslam Respublikasının Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsində ikinci mərhələnin növbəti çalışmaları yerinə yetirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan snayperləri "Cütlər sıralaması" mərhələsinin "Şəhər əməliyyatı" və "Tənzimləmə" çalışmalarını müvəffəqiyyətlə yerinə yetiriblər.

Çalışmalar zamanı snayperlərimiz cütlük şəklində atəş mövqeyinin seçilməsi, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra ediblər.