Bakı. 24 iyul. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri İordaniyanın paytaxtı Əmman şəhərində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində "məsləhətçi görüş"də iştirak edir.
"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbir iyulun 24-dən 30-dək davam edəcək.
Məlumata görə, hərbçilərimiz iyulun 25-dən 29-dək isə Almaniyanın Oberammerqau şəhərində birgə təlim keçmə imkanları üzrə konfransa da qatılacaqlar.