“Səhra mətbəxi” müsabiqəsi davam edir

“Səhra mətbəxi” müsabiqəsi davam edir “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Moskvanın Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsində Azərbaycanın hərbi aşpazlarının iştirakı davam edir.
Hərbi
6 Avqust , 2019 12:56
“Səhra mətbəxi” müsabiqəsi davam edir

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Moskvanın Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsində Azərbaycanın hərbi aşpazlarının iştirakı davam edir.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, müsabiqənin mərhələlərində hərbi aşpazlar müxtəlif çeşidli milli yeməklərin hazırlanması üzrə məharətlərini nümayiş etdirir, həmçinin qonaqların marağına səbəb olacaq təamların hazırlanması üzrə “usta dərsləri” də keçirirlər.

“Səhra mətbəxi” müsabiqəsinin hakimləri hərbi aşpazlar tərəfindən hazırlanan milli mətbəx nümunələrinin dadına baxaraq qiymətləndirmə aparırlar.

Son xəbərlər

Orphus sistemi