Şəhidlərimizin tanıdılması məqsədilə hərbi hissələrdə tədbirlər keçirilir

Şəhidlərimizin tanıdılması məqsədilə hərbi hissələrdə tədbirlər keçirilir Azad edilən ərazilərdə yerləşən hərbi hissələrdə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə tədbirlər keçirilib.
Hərbi
24 Sentyabr , 2021 12:02
Şəhidlərimizin tanıdılması məqsədilə hərbi hissələrdə tədbirlər keçirilir

Azad edilən ərazilərdə yerləşən hərbi hissələrdə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə tədbirlər keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirlərin məqsədi Vətən müharibəsində canından keçən şəhidlərimizin, eləcə də döyüşlərdə iştirak edən igid Azərbaycan övladlarının tanınması və tanıdılması, xatirələrinin ehtiramla yad edilməsidir.

Görüşlər zamanı ehtiyatda olan hərbi qulluqçular şəhid və yaralı döyüş yoldaşları haqqında xatirələrini bölüşüblər.
Tədbirlərdə tarixi Qələbə haqqında viktorina keçirilib və qaliblərə xatirə hədiyyələri təqdim edilib.

Sonda şəxsi heyətə Vətən müharibəsinə həsr olunmuş sənədli film nümayiş olunub və "Əsgər məktubu" layihəsi çərçivəsində hərbi qulluqçular doğmalarına məktublar yazıblar.

Son xəbərlər

Orphus sistemi